Azərbaycanda 20-dək aqroparkın yaradılması planlaşdırılır
Azərbaycanda 20-dək aqroparkın yaradılması planlaşdırılır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında bildirib.
“Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır.
Bundan başqa, Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb.
Şəmkir aqroparkının təməli 2014-cü ilin noyabr ayında qoyulub.
marja.az
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]