
Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb
Bu ilin iyun ayında Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Economic.az Apa-ya istinadən məlumat verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.
O bildirib ki, Macarıstan tərəfindən komissiyanın həmsədri xarici işlər naziri Peter Siyartodur. V. Quliyev bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədov-un Macarıstana səfər edəcəyini də əlavə edib.
“İki ölkə əczaçılıq, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı gücləndirməkdə maraqlıdır və müəyyən biznes layihələri var. Ümid edirəm ki, onlar bu layihələr yaxınlarda reallaşacaq”, – deyə o vurğulayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]