
Azərbaycan Beynəlxalq Bankından veteranlara hədiyyə
Azərbaycan Beynəlxalq Bankı Böyük Vətən Müharibəsində iştirakçı olmuş 20 müştərisini faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib.
Bankdan Trend-ə verilən məlumata görə, Leninqrad (Sankt-Peterburq) mühasirəsində qalmış 9 nəfər də daxil olmaqla 20 veterana Bankın Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində birdəfəlik maddi yardım göstərib. Onlara hesabında 200 manat vəsait olan “Maestro” ödəniş kartları hədiyyə olunub. Bank əməkdaşları ölkəmizin müxtəlif bölgələrində yaşayan bu şəxslərə baş çəkərək onlara Azərbaycan Beynəlxalq Bankının bayram təbrikini, sovqat və hədiyyələrini çatdırıblar.
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]