
Azərbaycan banklarına yeni kreditləşmə modeli təqdim olundu
Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirilib.
Economic.az report-a istinadən bildirir ki, görüşdə ölkənin maliyyə sistemində tətbiqi üçün nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib və yeni model ətrafında müzakirə aparılıb. Görüşdə əsasən dollar kreditləşməsi ilə bağlı məsələ gündəmdə olub.
Yeni modelin ictimaiyyətə bu həftə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ötən aydan Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi prosesi müvəqqəti olaraq dayandırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]