Azəraycan və Rusiya əczaçılıq şirkəti yaradırlar - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azəraycan və Rusiya əczaçılıq şirkəti yaradırlar

Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda Azərbaycanın “Vita-A” investisiya şirkəti və Rusiyanın “R-farm” şirkəti arasında Azərbaycanda əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.

İqtisadiyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə deyib ki, “Hayat Pharm” adlanan yeni müəssisənin məhsulları təkcə daxili bazarın tələbatını qarşılamayacaq, həm də gələcəkdə həmin məhsulları ixrac etmək planlaşdırılır.

“Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatının prezidenti Aleksey Repik isə jurnalistlərə bildirib ki, müəssisənin yaradılmasına qoyulacaq sərmayələrin həcmi ilkin mərhələdə 10 milyonlarla dollar təşkil edəcək.

Biznes-forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, AZPROMO və ”Viktoriya Esteyt” İdarəçi Şirkəti MMC arasında həm Moskva vilayəti ərazisində (“Victoria Industrial Park” sənaye parkı), həm də Azərbaycan ərazisində sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələrinin təşviqi haqqında, AZPROMO və Bank VTB (Azərbaycan) arasında isə əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top