
AYİB sahibkar qadınları dəstəkləmək üçün seminar keçirir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), iş qadınları üçün onların sahibkarlıq və liderlik bacarıqlarını inkişaft etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaratmaq məqsədilə dörd günlük seminar keçirilir.
İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən on altı qadın sahibkar seminarda iştirak edir.
AYİB-in Cənubi Qafqaz və Rusiya Federasiyası Kiçik Müəssisələr üzrə rəhbəri Cef Ferri bildirib: “AYİB keçid prosesində cender bərabərliyini xüsusən önəmsəyir. AYİB-ın fəaliyyət göstərdiyi ölkələrdə əsas hədəfi bazar trendlərini müəyyən etmək, qadın sahibkarlara bərabər imkanlar yaradaraq onların iqtisadi göstəriş, inkişaf və yeni iş yerlərinin açılmasını təbliq etmək, həmçinin sivil cəmiyyətin inkişafını təmin etməkdir”.
Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa Birliyi və İsveç hökuməti tərəfindən maliyyələşdirilən AYİB İş Qadınları Dəstək proqramının bir hissəsini təşkil edir. AYİB özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə Kiçik və Orta Sahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 milyon Avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaq.
Bu məbləğin 9 milyon AVRO məbləği maliyyələşdirilmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirilməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.
1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bəri, AYİB 700-dən artıq müəssisəyə inkişaf etmək və öz işgüzar fəaliyyətlərini genişləndirmək məqsədilə onlar üçün praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaradıb.
Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün Azərbaycana 3.7 milyon Avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərqi Tərəfdaşlıq Ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 milyon isveç kronası dəyərində maliyyə yardımı edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]