Avtomobil satışında “Dollar” canlanması
Devalvasiyalardan ən çox əziyyət çəkən sahələrdən biri avtomobil satışı sektorudur. Avtomobil ikinci dərəcəli istehlak malı olduğundan, insanların alıcılıq qabiliyyəti aşağı düşdükdə və ya qiymətlər qalxdıqda onun alınması asan təxirə salına bilinir.
Devalvasiyalardan sonra Azərbaycanda avtomobil satışları dəfələrlə aşağı düşmüşdür. Amma Aprel ayında bu biznesdə az da olsa canlanma müşahidə olunub.
Aprel ayında bir sıra salonların satışları pis olmayıb. İlin ilk ayları ilə müqayisədə satışlarda 20-30% artım qeydə alınıb. Səbəb Apreldə dolların manat qarşısında ucuzlaşmasıdır.
“Banklarda dolların alış məzənnəsinin təxminən 1.65 səviyəsindən 1.45 səviyyəsinə geriləməsi əlində dolları olanları təşvişə salıb. Dolları, məzənnə 1.05 manat olanda alan bir çox insanlar 12%-i keçən ucuzlaşmadan narahat olaraq pullarını əmaka yatırmağa başlayıblar. Dolları 1.45-ə dəyişməkdənsə, avtomobil, ev və s. almağı doğru hesab edirlər. Buna görə, Aprel ayında avtomobil bazarında hərəkətlilik olub”.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin Yanvar – Mart ayları ərzində Azərbaycana cəmi 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Yanvar ayında 437 ədəd, Fevral ayında 384 ədəd, Mart ayında isə 541 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.
Marja.az
ALMAN AVTOMOBİLİ 15 MİN MANATA DÜŞDÜ!
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]