Auditordan açıqlama: “Maliyyə sanksiyaları kimləri gözləyir?” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Auditordan açıqlama: “Maliyyə sanksiyaları kimləri gözləyir?”

Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən sərbəst auditor kimi fəaliyyət göstərən Rəna Qəfərova təsərrüfat subyektləri rəhbərlərinin nəzərinə çatdırır ki, hazırki qanunvericiliyə görə, məcburi auditin subyektləri olan təsərrüfat subyektlərinin öz illik maliyyə hesabatlarını müstəqil auditor tərəfindən təsdiq etdirmələri zəruridir.

Audit (auditor fəaliyyəti) – təşkilatların və fərdi sahibkarların mühasibat uçotu və hesabatının müstəqil yoxlanmasını həyata keçirən sahibkarlıq fəaliyyətidir. Audit – maliyyə nəzarətinin yeni sərbəst növüdür.

Auditin məqsədi dedikdə, audit edilən şəxslərin maliyyə hesabatlarının və mühasibat uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olması barədə müstəqil rəyin bildirilməsi nəzərdə tutulur.

Auditin mahiyyətini açdıqda isə deyə bilərəm ki, müasir iqtisadi şəraitdə səhmdar cəmiyyətin (və bu kimi digər təsərrüfat subyektlərinin) səhmdarlarının, başqa sözlə, kommersiya təşkilatının maliyyə nəticələrindən bəhrələnən investorların bilavasitə cari idarəetmədən kənarda qalmasıdır. Buna səbəb, həm uyğun təhsilin olmaması, həm vaxt çatışmazlığı, həm də kommersiya sirrini qorumaq zərurətidir. Belə bir vəziyyətdə, kommersiya təşkilatının maliyyə hesabatları barədə maliyyə nəticələrindən bilavasitə asılı olmayan, qanunla məsuliyyət daşıyan peşəkar mütəxəssislərin müstəqil rəyidir.

Аuditor fəal­iyyəti­ni yalnız yoxlama kimi xarakterizə et­mək olmaz. Bura mühasibat (maliyyə) hesabatları­nın, ödəmə-hesab­­laş­ma sə­nəd­ləri­nin, vergi bəyan­namə­ləri­nin və iqtisadi subyektin digər maliyyə öh­dəli­kləri­nin və tələblərinin müstəqil idarə­dən ­kəna­r yox­lanılm­ası, eləcə də digər auditor xidmətləri­nin gös­təril­məsi: mühasibat uçotunun qurulması, bərp­a olunması və aparılm­ası; gəli­rlər haq­qınd­a bəya­nnamə­ləri­n və mühasibat (maliyyə) hesabatları­nın ha­zır­l­anması; maliyyə-təsərrüfat fəal­iyyəti­nin təhl­ili, iqtisadi subyektin aktivləri­nin və passivləri­nin qiymət­lənd­irilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi mə­sə­lə­ləri üzrə məs­lə­hət­ləri­n verilməsi və s. daxildir. Başqa sözlə, auditə tərif versək-mühasibat uçotunun aparılm­ası qaydası­nın göz­ləni­lməsi­nin, təsərrüfat əməli­yyatları­nın AR-nin qanunvericiliyinə uyğunlu­ğu­nun, müəssisəni­n fəal­iyyəti­nin mühasibat (maliyyə) hesabatlarınd­a əks etdirilməsi­nin tamlı­ğı­nın və dürüstlüyünün yoxlanılm­ası əsasınd­a müəssisəni­n mühasibat (maliyyə) hesabatları­nın müstəqil eksper­tiza­sı­ olduğunu qeyd etmək məqsədəuyğundur. Auditin əsas vəzifəsi təkcə yaranan iqtisadi münasibətləri qeyri-səmimi sahibkarlardan qorumaqla bitmir. O, həm də iqtisadiyyat sahəsində hüquq pozuntularının qarşısını almaqla yanaşı, həm də ictimai hüquq şüurunun daha da yüksək səviyyədə formalaşmasına əsaslı surətdə təsir göstərməkdən ibarətdir.

Audit yoxlaması 2 növ olur:

Məcburi

Könüllü (müəssisənin öz təşəbbüsü ilə)

Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Məcburi audit  – “Auditor xidməti haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir.

Audit məcburi olduğu müəssisə və təşkilatlarda maliyyə hesabatlarının auditinin keçirilməməsi “Auditor xidməti haqqında” Qanunun tələblərinin pozulması və auditdən yayınma deməkdir. Bu yayınma AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur.

AR İnzibati Xətalar Məcəlləsi. Maddə 464. Məcburi auditdən yayınma

“Auditor xidməti haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Audit məcburi olduğu müəssisə və təşkilatlarda maliyyə hesabatlarının auditinin keçirilməməsi “Auditor xidməti haqqında” Qanunun tələblərinin pozulması və auditdən yayınma deməkdir. Bu yayınma AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur.

AR İnzibati Xətalar Məcəlləsi. Maddə 464. Məcburi auditdən yayınma

“Auditor xidməti haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 16.1.4 maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri də, vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etməkdir. Vergi Məcəlləsinin 23.1.4 maddəsinə görə əgər vergi ödəyicisi auditor tərəfindən məcburi yoxlanılıbsa vergi orqanlarının auditor rəyini tələb etmək hüququ vardır.

Əgər müəssisədə məcburi audit keçirilmirsə, müəssisə auditi könüllü (təşəbbüslü audit) keçirə bilər. Müəssisə özünü vergi yoxlamasında yarana bilən risklərdən sığortalamaq üçün könüllü audit keçirə birlər. Çünki auditorlar yoxlama zamanı müəssisənin mühasibat və vergi uçotunda etdiyi səhvləri tapıb onları düzəltməyə köməklik göstərirlər.
Məcburi auditdən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə  tutulan  3000 manatadək inzibati cərimədən başqa, Vergi Məcəlləsinin 57.4.-cü maddəsinə əsasən həmin Məcəllənin 16.1.4-cü maddəsində göstərilən, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyini müəyyən edilən müddətlərdə təqdim etməyən vergi ödəyicisinə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD№-li “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununa əsasən 2022-ci il yanvarın 1-dən  2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Odur ki, qanun pozuntularına yol verməmək, mövcud qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiq olunmasından azad olmaq, vergi yoxlamasında yarana biləcək risklərdən sığortalanmaq üçün Auditorlar Palatasının üzvlərinə müraciət edə bilərsiniz.

Sərbəst Auditor
Rəna Qəfərova

Əlaqə: 050-689-92-95

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top