“AtaBank”da kadr və struktur dəyişikliyi baş verib. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“AtaBank”da kadr və struktur dəyişikliyi baş verib.

Bankdan economic-ə verilən məlumata görə, Bankın Müşahidə Şurasının 15.03.2016-cı il tarixli, 08 saylı Protokoluna əsasən, “AtaBank” ASC-nin yeni təşkilatı strukturu təstiq edilmişdir.

Eyni zamanda Bankın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılmışdır.

Səbuhi Əliyev bankın İdarə Heyəti sədrinin müavini təyin edilmişdir. Qeyd edək ki,

S.Əliyev 2005-2014-cü illərdə “AtaBank” ASC-də çalışmış, bankınHüquq Departamentinin direktoru vəzifəsində işləmişdir.

2014-2016-cı illərdə S.Əliyev“Synergy Group” ASC-də İdarə Heyətinin üzvü – Hüquq Departamentinin direktoru və Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır.

Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi vardır.

Hal-hazırda İdarə Heyəti 5 nəfərdən ibarətdir. Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev Namiq oğlu, sədr müavinləri isə Etibar Babaşlı, Emil Əmirov, Rauf Hüseynov və Səbuhi Əliyevdir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top