
“AtaBank”cəbhə bölgələrində “Xəzri”nin komissiyasını ləğv edib
“AtaBank” son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən
göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq “Xəzri” sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmət komissiyasını ləğv edib. Bu güzəşt həmçinin Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir.
Xatırlatmaq istərdik ki, “AtaBank” ölkəmizdə Xəzri sisteminə qoşulan ilk bankdır.
Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb.
“Xəzri” təcili pul köçürmə sisteminin Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında 3500-dən artıq məntəqədə mövcuddur.
Pul köçürmə xidmətlərini “AtaBank”ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]