
“Arzulara Yaxın Ol” müsabiqəsi davam edir və 3000 manat qaliblərini gözləyir!
Bank BTB ASC-nin “Arzulara Yaxın Ol” adlı müsabiqəsi davam edir. Bu günədək xeyli sayda iştirakçı mövzuya uyğun olaraq şelfi şəkillərini xüsusi yaradılmış#ArzularaYaxınOl albomunda yerləşdiriblər. Müsabiqənin şərtlərinə uyğun olaraq 12 oktyabr 2016 –ci ildə selfilərin yüklənməsi dayandırılacaq. 19 oktyabradək “like” qəbul ediləcək və ən çox “like” toplamış 3 iştirakçı qalib elan olunacaq.
Xatırladaq ki, müsabiqənin hədiyyə fondu: 1-ci yer üçün 1500 AZN; 2-ci yer 1000 AZN və 3-cü yer isə 500 AZN təşkil edir. Keyfiyyətsiz, şərtlərə və etik qaydalara, mövzuya uyğun olmayan şəkillər müsabiqədə iştirak etməyəcək. Əlavə olaraq sünni “like” toplamış iştirakçıların da müsabiqədə iştirakı məhdudlaşacaq.
Müsabiqə barədə Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi saytwww.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]