Almaniyanın məşhur şirkəti Azərbaycanda iri logistik mərkəz yaradacaq
İstanbul şəhərində səfərdə olan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti dünya logistik bazarının liderlərindən olan Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüb.
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Qarşı tərəfdən görüşdə DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnanc, şirkətin Çin üzrə baş icraçı direktoru Stiv Huanq və digərləri iştirak ediblər. Görüş zamanı Azərbaycanın nəqliyyat potensialı, ölkəmizdə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər gələcək əməkdaşlıqdan danışarkən, Azərbaycanda iri logistik paylayıcı mərkəzin – “hab”ın yaradılması haqda razılığa gəliblər. Həmin “hab” vasitəsi ilə, Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.
Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalanıb.
Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistik bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.
BƏNZƏR MƏQALƏLƏR
-
ASML necə Avropanın ən dəyərli texnoloji firması oldu
Baxış: 3. 902
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]