“AGBank”ın problemli kreditlərinin 80%-i Bakı və Sumqayıtın payına düşür
2016-cı ilin I rübündə “AGBank” ASC-nin problemli kreditlərinin həcmi 88,058 mln. manat təşkil edib.
Bankın problemli kreditlərinin 62,6%-i və ya 55,161 mln. manatı Bakı şəhərinin payına düşür.
Problemli kreditlərin həcminə görə ikinci yeri Sumqayıt şəhəri tutur. Belə ki, bankın problemli kreditlərinin 15,24%-i və ya 13,423 mln. manatı məhz “Gənclər şəhəri”nin payına düşür.
Üçüncü yerdə Ağdaş qərarlaşıb. Ağdaşda 4,615 mln. manatlıq kreditin qaytarılmasında gecikmələr var. Ağdaşda vaxtı keçmiş kreditlərin bankın problemli kreditlərdə xüsusi çəkisi 5,24%-ə bərabərdir.
Yevlaxda problemli kreditlərin həcmi 4,1 mln. manat, Gəncədə 3,903 mln. manat, Göyçayda 1,126 mln. manat, Şamaxıda 927 min manat, Salyanda 887 min manat, Qubada 627 min manat, Bərdədə 529 min manat, Masallıda 281 min manat, Ağsuda 231 min manat təşkil edir.
apa.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]