AGBank mükafatlandırıldı!
Ölkənin aparıcı banklarından «AGBank» ASC-ın mükafatları sırasına daha biri əlavə olunub. Bank bu dəfə «Visa İnternational»şirkəti tərəfindən mükafatlandırılıb. «AGBank» ASC «Visa payWave» və «Multi Currency» üzrə nominasiyalarında qalib gələrək «Visa» şirkətinin xüsusi diplomu ilə təltif edilib.
Qeyd edək ki, fəaliyyətə başladığı gündən etibarən «AGBank» ASC istər ölkəmizdə, istərsə də, beynəlxalq maliyyə təşkilatları tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Şirkətin mükafatları sırasında «Caspian Energy Award», «Uğur» «Most Active İssuing Bank in Azerbaijan», «STP Award 2011 Excellent Quality» yer alır.
Məlumat üçün bildirək ki, 1992-ci ildə faliyyətə başlayan «AGBank» ASC «VISA International» beynəlxalq ödəmə sisteminin mühüm üzvüdür. Bank müştərilərinə «Visa Infinite», «Visa Platinum», «Visa Electron», «Visa Virtual», «Visa Gold», «Visa Classic», «Visa Gift Card» kartlarını təqdim edir. «Visa» – kart sahiblərini, ticari-xidmət müəssisələrini, maliyyə və hökumət təşkilatlarını dünyanın 200-dən çox ölkəsində sürətli, təhlükəsiz və etibarlı elektron ödəmə şəbəkəsi ilə təmin edən qlobal ödəniş sistemidir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]