
“Abşeronneft” NQÇİ-də köhnəlmiş enerji infrastrukturu yenidən qurulur
Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsində mövcud enerji infrastrukturunun uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksəlməsi, xüsusən son dövrlərdə aparılan genişmiqyaslı yenidənqurma işləri və yeni istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi ilə əlaqədar enerjiyə olan tələbat yüksək həddə çatmış, bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Economic.az socar.az saytına istinadən xəbər verir ki, idarədə enerji infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülmüş, ”Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihələrə uyğun olaraq, “Neftqaztikinti” tresti tərəfindən yeni hava elektrik ötürücü xətləri, sualtı kabel xətləri çəkilmiş, güc transformatorları, paylayıcı qurğular və paylayıcı şitlər quraşdırılmış, yeni yarımstansiyalar istismara verilmişdir. O cümlədən, 290 saylı estakadayanı meydançada yeni paylayıcı qurğu müasir tipli avadanlıqlarla təchiz olunmuş, bu meydança ilə 562 saylı estakadayanı meydança arasında yeni istismara verilmiş paylayıcı qurğu arasında elektrik təchizatının etibarlılığının təmin edilməsi məqsədi ilə yeni sualtı kabel xətti, Darvin bankası yatağında 740 saylı stasionar dəniz özülündə qazılmış 8 hasilat quyusunun elektrik təchizatını təmin etmək məqsədilə hər biri 500 metr uzunluğunda 2 ədəd yeni sualtı kabel xətti çəkilərək istismara verilmişdir. Həmçinin, dənizdə Şimal qırışığı yatağının elektrik təchizatını təmin edən 8, 9 saylı yarımstansiyalarla Şimal estakadasında yerləşən 6 saylı yarımstansiya arasında yeni sualtı kabel xətti çəkilmiş, estakada üzərində layihəyə uyğun olaraq müasir tipli avadanlıqlarla təchiz olunmaqla 6 ədəd yarımstansiya tikilmişdir. Həmin obyektlərə sahildən hər biri 3,3 km olan 2 ədəd yeni sualtı kabel xətti çəkilmişdir.
“Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində enerji infrastrukturunun daha da təkmilləşdirilməsi məqsədi ilə bu kimi işlər gələcəkdə də həyata keçiriləcəkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]