Avtomobillərin sığortası ilə bağlı yenit qərar
Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib.
Economic.az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda”nı imzalayıb.
Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq. Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Başqa sözlə, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib
Respublikada payızlıq əkinlər davam edir. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən […]
-
Yeni Qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq?
Dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi üçün […]
-
Fermerlərə sığorta ödənişlərinə başlanılıb
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. […]