ASA sığorta olimpiadası keçirdi
ECONOMİC: Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün sığorta olimpiadası təşkil edilib.
ASA-dan verilən məlumata görə, olimpiadanın başlıca məqsədi sığorta şirkətlərinin əməkdaşlarının bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda sığorta şirkətlərinin əməkdaşları arasında kommunikasiya gücləndirilməsindən ibarətdir.
Məlumatda bildirilir ki, olimpiadada ümumilikdə 40 nəfər iştirak edib. Həyat və qeyri-həyat sığortası mövzularını əhatə edən olimpiada ölkədə tətbiq edilən mövcud karantin qaydalarının şərtlərinə uyğun olaraq növbəli şəkildə və sosial məsafə qorunmaqla həyata keçirilib.
Olimpiadanın yekununda isə fərqlənən iştirakçılar mükafatlandırılıblar.
ASA-dan bildirilib ki, Assosiasiyanın strategiyasına uyğun olaraq bu kimi olimpiadalar gələcək dövrlərdə də davamlı olaraq təşkil ediləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Aqrar Sığorta Fondu taxılçı fermerlərə müraciət edib
Respublikada payızlıq əkinlər davam edir. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən […]
-
Yeni Qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq?
Dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi üçün […]
-
Fermerlərə sığorta ödənişlərinə başlanılıb
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. […]