Türk iş adamları Azərbaycan və Gürcüstanda fındıq bağları alır
Türkiyə dünya fındıq istehsalı bazarında liderliyini itirməmək üçün Azərbaycan və Gürcüstana sərmayə qoyur.
Türkiyəli iş adamları Azərbaycan və Gürcüstandakı fındıq bağlarını kütləvi şəkildə icarəyə götürməyə və ya almağa başlayıblar.
“Hazırda Gürücstanda 32 min hektar, Azərbaycanda isə 42 min hektar sahədə fındıq yetişdirilir. İki ölkənin potensialının 100 minlərlə ha olduğu bildirilir. Lazımi tədbirlər və siyasət aparılmasa, fındıq bazarındakı hakimlik rəqib görmədiyimiz ölkələrə keçə bilər”, – deyə bu sektorda təmsil olunan şirkətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, şokolad sahəsində ixtisaslaşmış beynəlxalq, nəhəng şirkətlər liderliyi Türkiyənin əlindən almaq üçün Gürcüstan, Azərbaycan, Bolqarıstan, İtaliya, İspaniya, Çili və Argentinada fındıq sahələrinin genişlənməsinə böyük sərmayə yatırırlar.
“İtaliya, İspaniya, Azərbaycan, Gürcüstan, ABŞ və digər ölkələr ümumilikdə fındıq istehsalında Türkiyənin təxminən 30%-ə qədərini istehsal edir. Bu, rəqəmlə təxminən 250-300 min ton deməkdir. Dünya fındıq istehsalı və ixracının təqribən 70%-ni Türkiyə təkbaşına reallaşdırır”, – ekspert əlavə edib.
Mənbə: Report.az
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]