Fermerlərin məhsullarını dövlət alacaq
Fermerlərin üzləşdikləri əsas problem istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Bu problemin qarşısını almaq məqsədi ilə onların istehsal etdikləri ərzaq məhsullarını dövlət müəssisələri alacaq.
İstehsal artsa da fermerlər gəlirlərini istədikləri kimi artıra bilmirlər. Səbəb məhsulların satışında problemlərin yaşanmasıdır. Büdcədən maliyyələşən bütün dövlət qurumlarının ərzaq təminatı bir mərkəzdən həyata keçiriləcək ki, fermerlərin satışla bağlı problemlərinə son qoyulsun, istehsal stimullaşdırılsın. Bu, yeni təsis edilən “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunacaq.
Bununla bağlı qaydalar da təsdiqlənib. İlk olaraq elektron portalı yaradılacaq.
Qaydalara görə ərzaq məhsullarına qoyulan qiymət topdansatış-bazar qiymətlərindən aşağı olmamalıdır. Şəffaflıq üçün maliyyə əməliyyatları bank vasitəsilə həyata keçiriləcək. Vəsaitlər xəzinədarlıq tərəfindən satınalan təşkilatların büdcəsinə köçürüləcək. Daha sonra müəssisələr tərəfindən fermerlərin kartlarına yüklənəcək. İlkin mərhələ olaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Açıq Səhimdar Cəmiyyətinn İşçi Qrupları yaradılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]