
22 aprel tarixində vergilər naziri Fazil Məmmədov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 22 aprel 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Neftçala rayonunda Heydər Əliyev mərkəzinin inzibati binasında (ünvan: Neftçala şəhəri Heydər Əliyev prospekti 34) Neftçala, Şirvan və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır. Bu məlumatı Economic.az nazirliyin saytına istinadən xəbər verir.
Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: İmanov Namiq Aləddin oğlu və Quliyev Babək Bahadur oğlu, əlaqə telefonu (02121) 6-11-02, mobil (055-322-76-06, 050-254-46-33), Neftçala rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Əliyev Əli Qabil oğlu və Əliyev Anar Kərim oğlu, əlaqə telefonu: (021) 263-40-11, mobil (050-339-74-19, 050-494-76-96) və Salyan rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Məmmədov Feyzi Kamil oğlu və Məlikov Yaşar Mirzağa oğlu, əlaqə telefonu: (021) 255-14-10, mobil (050-333-19-66, 055-511-61-56) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi borcları hansı hallarda silinə bilər?
Vergilər Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə […]
-
Gecikən bəyannamələrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Economic.az verir ki, müraciətdə deyilir ki, […]
-
ƏDV – dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib
“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem […]