2016-cı ilin I rübündə Vergilər Nazirliyinin Apelyasiya Şurasına 48 müraciət daxil olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2016-cı ilin I rübündə Vergilər Nazirliyinin Apelyasiya Şurasına 48 müraciət daxil olub

2016-cı ilin I rübü ərzində Vergi Apelyasiya Şurasının icraatına 38 vergi ödəyicisi üzrə 48 müraciət daxil olub. Şurada baxılmış 43 müraciətin 29-u səyyar vergi yoxlamaları, 9-u kameral vergi yoxlamaları, 3-ü operativ vergi nəzarətinin nəticələri, 2-si tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı olub. Qalan 5 müraciətə sonrakı dövrdə baxılması nəzərdə tutulur.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş müraciətlərdən 21 müraciət vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələrin mövcudluğu, vergi ödəyicisinin dövlət büdcəsinə ödənişlər etdiyi, işin digər halları  nəzərə alınaraq tam, 5 müraciət isə qismən təmin edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 11 müraciətin icraatına “İnzibati icraat haqqında” Qanunun 72.2-ci maddəsi rəhbər tutularaq xitam verilib. 1 müraciət vergi ödəyicisinin ərizəsi əsasında geri götürüldüyü üçün “İnzibati icraat haqqında” Qanunun 75.1.4-cü maddəsinə əsasən baxılmadan saxlanılıb. 1 müraciət vergi ödəyicisi ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqavilə qüvvədə olduğu dövr üzrə hesablanmış torpaq icarə haqları əsaslı olduğundan təmin edilməyib.

Şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu üçün 3 müraciətlə bağlı vergi ödəyicilərinə izahedici məktublar göndərilib.

Vergilər Nazirliyinin auditin təşkilinə nəzarət edən idarəsindən daxil olmuş daha bir müraciət isə onun predmetinin aradan qalxdığı nəzərə alınaraq icraatdan çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicilərində vergi nəzarəti tədbirləri və vergi yoxlamaları keçirilən zaman yol verilmiş nöqsanların gələcəkdə təkrarlanmaması, Vergi Məcəlləsinin tələblərinə tam əməl olunması və sahibkarlığın təşviqinin prioritet məsələlərdən biri olmasının daim diqqətdə saxlanılması, vergi ödəyicilərinin qanuni tələblərinin təmin edilməsi, bununla yanaşı dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə göndərilib.

Şurada qəbul edilmiş qərarlar barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top