
“Silk Way West Airlines” Sinqapura uçuşlara başlayıb
“Silk Way West Airlines” şirkəti Sinqapura birbaşa müntəzəm uçuşlara başlayıb.
Aviaşirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, uçuşlar həftədə iki dəfə “Boeing-747-8F” yük təyyarəsi ilə yerinə yetiriləcək və dünyanın başqa istiqamətlərinə həyata keçirilən reyslərlə birləşəcək.
Qeyd edək ki, “Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 ədəd “В747-8F” və 2 ədəd “В747-400F” təyyarə daxildir.
Bu ilin III rübündə daha bir “В747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin ümumi sayı 6-ya yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]