
Bakı Şəhər Halqası avtomobil sahiblərini xəbərdar edib
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək “Formula 1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır.
Bakı Şəhər Halqasından economic-ə daxil olan məlumata görə, bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə mayın 14-ü saat 20:00-dan etibarən mayın 15-i səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Əməliyyat şirkəti şəhər sakinlərindən xahiş edir ki, iş prosesi ərzində bu küçədə avtomobillərini saxlamasınlar. Əks halda işin gedişatına mane olan avtomobillər ərazidə olan Dövlət Yol Polisi əməkdaşlarının göstərişi ilə evakuasiya olunacaqlar.
Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.
BƏNZƏR MƏQALƏLƏR
-
“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə “Formula-1”in çəkilişi aparılıb – FOTO/VİDEO
10-12 iyun tarixlərində Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG […]
-
“Formula 1″ə görə bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerləri sökülür
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə Bakıda bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerlərinin sökülməsinə başlanılıb. […]
-
Azərbaycan Qran-prisinə yekun vurulub – FOTOREPORTAJ
“Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Yarışın sonuncu günündə “Formula 2″də […]