MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Zaur Məmmədov

Zaur Məmmədov:Sumqayıt Kimya Sənaye Parkı 10-a yaxın şirkətdən təklif alıb.

“Bu təkliflər yalnız Sumqayıt Kimya Sənaye Parkı üçün deyil, ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün vacibdir. İlk növbədə əczaçılıq sahəsini qeyd etmək istəyirəm. Bilirsiniz ki, artıq İranın “Darou Pakhsh” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun şərtlərinə əsasən Sumqayıt Kimya Sənaye Parkında istehsalat müəssisəsi yaradılacaq. Bundan başqa, əczaçılıqla məşğul olan digər şirkətlər də Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir. Hazırda danışıqlar aparılır və biz ümid edirik ki, çox yaxın zamanda daha bir rezidentimizi qəbul edəcəyik. Eyni zamanda, aqrar sahə çox mühüm bir istiqamətdir. Biz müxtəlif çeşidli gübrələrin istehsalı ilə məşğul olan şirkətlərdən təkliflər almışıq. Hazırda təkliflər qiymətləndirilir”, – deyə Z. Bildirib.

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top