Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb.
Sənaye Parkının rezidentlərindən “Dadaş-N” MMC müxtəlif çeşiddə sintetik xalçaların, “Veliev” MMC Prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start verib. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır.
Bundan başqa, Ağdam Sənaye Parkında iki şirkətə qeyri-rezidenetlik statusu verilib. Onlardan biri – “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.
Daha bir qeyri-rezident olan “PMD Projects“ MMC Sənaye Parkının ərazisində beton istehsalı, topdan və pərakəndə satışı ilə məşğul olacaq. MMC artıq layihələndirmə işlərinə başlayıb.
Qeyd edək ki, Ağdam Sənaye Parkında 9 sahibkara rezidentlik statusu verilib. Həmin rezidentlər tərəfindən 50 milyon manatdan çox investisiya yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
BƏNZƏR MƏQALƏLƏR
-
Alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları müzakirə edilib
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman və Səfirliyin əməkdaşları ilə Sumqayıt Kimya Sənaye […]
-
İstehlaka yararsız qida məhsulları məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eləcə də qida zəncirinin bütünlüklə qida təhlükəsizliyinin […]
-
Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal sahəsi yaradılır Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun […]