MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

1591781222_1580807867_tender1

Xızı Rayon İcra Hakimiyyəti açıq tender elan edir

Xızı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2020-ci il üçün açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.

LOT 1 – Xızı şəhərində yaşıllaşdırma işləri

Tender iştirakçılarına təklif olunur ki, www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 200 manat

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Xızı Şəhər İƏD üzrə Nümayəndəlik

Hesab : AZ51CTRE00000000000002517032

VÖEN: 7800015151

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

MH: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 26 avqust 2020-ci il saat 15:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 03 sentyabr 2020-ci il saat 15:00-a qədər Portala təqdim etməlidirlər.

İddiaçıların təklifləri 04 sentyabr 2020-ci il saat 15:00-da Portalda açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top