MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

socar

“Tullantıların idarə edilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsinin qalibləri bəlli oldu.FOTO

“Azərikimya” İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə “Tullantilara ikinci həyat” layihəsi çərçivəsində keçirilən “Tullantilarin idarəedilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir.

SOCAR-ın Ekologiya İdarəsinin,  Təhsil Nazirliyinin, Sumqayıt Regional Ekologiya İdarəsinin nümayəndələrinin, şəhərin tam orta məktəblərinin rəhbərlərinin, müəllim və şagird kollektivlərinin, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələrinin, həmçinin KİV nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emilya Səfərəliyeva qonaqları salamlamış və tədbirin məqsəd və qayəsi haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, şəhərin bütün ümumtəhsil məktəblərinin şadirdlərinin qatıldığı müsabiqədə 25 layihə yarımfina vəsiqə qazanmış, onlardan 13-ü isə finalda iştirak etmək hüququ əldə etmişdir.

Tədbirdə təşkilat komitəsinə nominasiyalar üzrə təqdim olunmuş işlərdən finala vəsiqə qazanmış 13 layihənin hər birinin ayrı-ayrılıqda elektron versiyasının təqdimatı keçirilmişdir. Regional Ekologiya İdarəsinin,  “Azərikimya” İB-nin,  SDU-nun, Azərsun Hildingin, Təhsil Şöbəsinin və KİV nümayəndələrinin təmsil olunduğu 6 nəfərlik münsiflər heyəti bütün təqdimatları diqqətlə dinlədikdən sonra ümümı rəy əsasında qalibləri müəyyən etmişlər.

Birinci yerə təqdimatın ən yaxşı texniki tərtibatı nominasiyası üzrə Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Çingiz Hacıyev,  ən yaxşı məruzəçi nominasiyası üzrə isə İstedad” liseyinin şagirdi Aytac Nəcəfova layiq görülmüşdür.

İkinci yerə ən yaxşı texniki tərtibat nominasiyası üzrə 31 və 3 nömrəli tam orta məktəblərin şagirləri İlahə Nəcəfova və Səma Mehdiyeva, ən yaxşı məruzəçi nominasiyası üzrə isə 24 və 38 nömrəli tam orta məktəblərin şagirləri Fatimə Əsgərova və Nurlan Həsənov layiq görülmüşlər.

Müsabiqənin 3-cü mükafatına isə ən yaxşı texniki tərtibat nominasiyası üzrə 41 nömrəli tam orta məktəbin şagirdi Tural Məmişov, “Təfəkkür” liseyinin şagirdi Ayşə Nəcəfova, 11 nömrəli tam orta məktəbin şagirdi Elvira Babaxanova, ən yaxşı məruzəçi nominasiyası üzrə isə müvafiq olaraq 25, 36 və 1 nömrəli tam orta məktəblərin şagirdləri Səyyad Əhmədli, Anaxanım Tahirova və  Zəhra Mirzəyeva sahib olmuşlar.

Mükafatları qaliblərə Sumqayıt şəhət Təhsil şöbədinin Metodkabinetinin direktoru Sabir Məmmədov, SOCAR-ın Ekologiya İdarəsinin şöbə müdiri Füzuli Hacıyev, Respublika Ekologiya və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə və “Azərikimya” İB-nin İcraçı direktorunun Ekologiya və Ətraf mühitin mühafizəsi üzrə müavini Vüqar Kərimov təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Tədbirdə iştirak edən qonaqlara və münsiflər heyətinə “Azərikimya” İB tərəfindən dibçəklərdə həyat, sağlamlıq və yaşam rəmzi olan şam ağacı hədiyyə edilmişdir.

Tədbirdə Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin fəaliyyətini əks etdirən videoçarxın təqdimatı da maraqla qarşılanmışdır.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top