Qaradağ Sənaye Parkında işləyəcək əcnəbilər məcburi dövlət sosial sığortasından azad edilir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qaradağ Sənaye Parkında işləyəcək əcnəbilər məcburi dövlət sosial sığortasından azad edilir

Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının (Qaradağ Sənaye Parkının – red.) rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasından azad edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top