MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Klaus Şehfer

Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda

25 may 2016-cı il tarixində SOCAR prezidenti Rövnəq Abdullayev Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt şəhərində olmuşdur. Öncə SOCAR rəhbərliyi və qonaqlar Ümummilli lider Heydər Əliyevin “Azərikimya” İstehsalat Birliyinin Baş ofisindəki güşəsini ziyarət etmiş, Ulu öndərin büstü önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra Birliyin Konfrans zalında SOCAR və UNIPER (EON) şirkətlərinin Koordinasiya Komitəsinin üçüncü iclası keçirilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlamış, xoş arzularını yetirmişdir.
Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehfer də öz növbəsində hamını salamlamış və səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə etmişdir.
Görüşdə eyni zamanda SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və UNIPER (EON) şirkətinin vitse-prezidenti Uve Fip tərəfindən hazırlanmış yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin hazırlanması və digər layihələrlə bağlı təqdimatlar dinlənilmişdir.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara “Azərikimya”da həyata keçirilən yeni layihələr haqqında məlumat vermişdir.
Çıxışlardan sonra SOCAR və UNIPER (EON) şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında saziş imzalanmışdır. Sazişə əsasən SOCAR 51, UNİPER isə 49 faiz pay bölgüsünə sahib olacaqlar.
13265865_1120838171272781_2374691758294761464_n

Görüş çərçivəsində həmçinin ilk layihə kimi “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır. Sazişlər müvafiq olaraq SOCAR prezidenti Rövnəq Abdullayev və UNIPER (EON) şirkətinin prezidentiKlaus Şehfer tərəfindən imzalanmışdır.
Sonra SOCAR rəhbərliyi görüş iştirakçıları və UNIPER (EON) şirkətinin nümayəndə heyəti ilə vəSumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov ilə birgə Etilen-polietilen zavoduna yola düşmüşlər. Öncə ərazi ilə tanış olunmuş, sonra isə zavodun Buxar və elektrik enerjisi istehsalatı ərazisində tikilməsi planlaşdırılan yeni Buxar Turbogenerator qurğusunun təməlqoyma mərasimi keçirilmişdir.
Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilmişdir.
Sonda SOCAR rəhbərliyi SOCAR-Polymer və Karbamid zavodlarına gedərək tikinti işlərinin vəziyyəti ilə tanış olmuşdur.13233042_1120836574606274_3420622851302419691_n
13239127_1120836951272903_2888356622203382262_n13239337_1120834004606531_7516917126510198266_n13241096_1120838231272775_1399239456034393501_n13244700_1120835221273076_6662393972576756282_n13256491_1120835161273082_6242878083443258192_n13263790_1120834101273188_4062897543183509267_n13263926_1120834797939785_2591387221808022171_n
13267696_1120837841272814_1008394348315949079_n

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top