MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

FB_IMG_1595426265821

KİVDF Milli Mətbuat gününə həsr olunmuş onlayn konfrans keçirib

Economic.az xəbər verir ki, 22 iyul 2020-ci il tarixində Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Tədbir torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra konfransda çıxış edənlər ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, mətbuatımızın tarixindən, onun zəngin ənənələrindən bəhs ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatın rolu danılmazdır.
Müxtəlif dövlət qurumlarını təmsil edən rəsmilərin, KİV rəhbərlərinin və digər iştirakçıların qoşulduğu video-konfransda milli mətbuatımızın əsasının görkəmli ziyalı, böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulduğu, çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirdiyi, cəmiyyətimizin inkişafına, maariflənməsinə xüsusilə gənc nəslin tərbiyəsində öz əhəmiyyətli töhfəsini verdiyi qeyd olunub.
Bu sahədə tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar günümüzdə Azərbaycan mətbuatının qarşısında duran vəzifələr və artıq beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi şəraitində jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparmışlar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top