MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

FB_IMG_1627288730211

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu

ECONOMİC: Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonu Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunub. 2019-cu il noyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pavilyonun açılış mərasimində iştirak ediblər.

 

Layihənin müəllifləri memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov olub. Pavilyonun divarları mərmərlə işlənib,  fasad milli naxışlar, qızılı rəngdə üzüm ornamentləri ilə, pəncərələr isə vitraj-şəbəkə ilə bəzədilib. Pavilyonun ekspozisiyası bir vaxtlar Azərbaycan SSR-in sənaye, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və məişət sahələrindəki nailiyyətlərini əhatə edirdi.

Vaxtı ilə digər sovet respublikalarının pavilyonları kimi “Azərbaycan” pavilyonunda da bir sıra dəyişiklər olmuş, 1966-cı ildə isə binanın fasadı metal üzlüklə bağlanmışdı və bununla da uzun illər memarlıq və funksionallıq baxımından öz rolunu itirmişdi.

Moskva hökuməti keçmiş sovet respublikalarına milli pavilyonların bərpası təklifini irəli sürdükdən sonra 2017-cı ildə pavilyon rəsmi olaraq Azərbaycan tərəfinə təhvil verilib və burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işlərinə başlanılıb.

Bərpa işləri pavilyonun binasının tarixi görünüşü, onun memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Azərbaycan və Rusiya tərəfindən peşəkar memar, bərpaçı-rəssamların iştirakı ilə həyata keçirilən işlər divarlar, mərmər döşəmə, tavan, pəncərə və qapılar, fənərlər və mərmər sütunlar, dekorativ elementlər və digər detallar daxil olmaqla eksteryer və interyeri, bütün sərgi zallarını əhatə edib.

Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında Azərbaycan istehsalı olan məhsullar təqdim edilir.

Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top