MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

“ASAN Login”də qeydiyyat şərtləri dəyişir

1 may 2022-ci il tarixindən etibarən “ASAN Login” Vahid Giriş Sistemində (https://asanlogin.my.gov.az/auth) qeydiyyat yalnız videoqeydiyyatla mümkün olacaq.

Səs və üztanıma kimi süni intellekt texnologiyasına əsaslanan videoqeydiyyat xidməti mobil nömrəsi öz adına olmayan vətəndaşların da “ASAN Login”də qeydiyyatdan keçməsi üçün şərait yaradır.

“ASAN Login”də videoqeydiyyat prosesi 20 saniyə ərzində aparılır. İlk 12 saniyədə vətəndaş üzünü sistemə tanıdır, növbəti 8 saniyədə isə şəxsiyyət vəsiqəsini qaydalara uyğun şəkildə ekranda əks etdirir. Videoqeydiyyat prosesi yekunlaşdıqdan bir və ya bir neçə saat sonra vətəndaşın müraciəti təsdiq edilir.

Ətraflı https://youtu.be/UCBVu2hyzv8

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top