“Azərikimya”dan gənclər üçün TƏCRÜBƏ PROQRAMI – QEYDİYYAT
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi 2 aylıq ödənişli istehsalat təcrübəsi keçməklə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edir:
1. Mühəndis-mexanik (mexanika mühəndisliyi, mühəndis-mexanik, kimya istehsalının maşın və avadanlıqları, texnoloji maşınlar və avadanlıqlar ixtisasları üzrə)
2. Mühəndis-energetik (energertika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə)
3. Mühəndis-elektronçu (elektroenergetika sistemləri və şəbəkələri, elektrik təchizatı, yüksək gərginliklər texnikası və fizikası və elektrotexnologiya, elektroenergetika mühəndisliyi ixtisasları üzrə)
4. Nəzarət ölçü cihazlari və avtomatika üzrə mühəndis (istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi, avtomatika və idarəetmə, avtomatika və texniki sistemlərdə idarəetmə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə)
5. Mühəndis-texnoloq (kimya mühəndisliyi, kimyaçı-texnoloq mühəndisi ixtisasları üzrə)
6. Kimyaçı (kimya mühəndisliyi, kimyaçı, kimya ixtisasları üzrə)
Müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir.
İş təcrübəsi tələb olunmur.
İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.
Tələb olunan sənədlər:
Ali təhsil haqqında diplomun surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
CV (şəxsi məlumat) forması.
Müsabiqəyə son müraciət tarixi: 31 yanvar 2017-ci il tarixidir.
Prosedur: İlkin seçim müsabiqəsini keçən gənclər “Azərikimya”da iki aylıq ödənişli (əmək haqqı almaqla) təcrübə keçdikdən sonra, elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.
Əlavə məlumat və sənədlərin göndərilməsi üçün:
(050) 843-10-11 – Mirvari Abdurahmanova
mirvari.abdurahmanova@socar.az
(050) 843-11-30 – Orxan Məhərrəmli
orxan.maharramli@socar.az
BƏNZƏR MƏQALƏLƏR
-
Əmək müqaviləsinin tələb olunduğu hallar
Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı […]
-
Karvan-L-də yeni VAKANSİYA
Vakansiya haqqında daha ətraflı aşağıda qeyd olunub: Satınalma və logistika ilə bağlı gündəlik yazışmaların aparılması […]
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]