
Zərdablı fermer: cari mövsümdə 100 ton “ağ qızıl” istehsal edəcəyik
Zərdab rayonunda bu il 832 hektar sahədə pambıq yetişdirilib. Plantasiyaların 50 hektarı fermer Mirnamiq Aslanova məxsusdur. Artıq rayonda məhsul yığılır. “Ağ qızıl”ın toplanmasında fermer təsərrüfatı da ciddi səy göstərir. Təsərrüfatda indiyədək 20 ton məhsul yığılıb. Fermer bu göstəricini 100 tona çatdırmaq əzmindədir.
Prezident İlham Əliyevin 2016-cı ilin yanvar ayında keçirilən iclasda Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar və həmin tapşırıqların icrası ilə əlaqədar rayon icra hakimiyyətinin fermerlərlə keçirdiyi görüşlər Zərdabda kənd sakinlərinin bu sahəyə marağını xeyli artırıb. Pambıqçılığın inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ilk növbədə Prezidentimizə minnətdarlığımı bildirirəm. Bir fermer kimi ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan ruhlanaraq 100 hektar sahəmin 50 hektarında pambıq əkmişəm. Becərmə işləri aqrotexniki müddətlərdə aparılıb, sahədə bol məhsul yetişib. Son günlər hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər etmişik. Hər gün sahələrə 30-40 nəfər işçi çıxır. Qeyd edim ki, təsərrüfat işləri başlayandan bəri 40 nəfər müvəqqəti iş yeri ilə təmin edilib. Bu günədək 20 ton pambıq yığılıb, mövsümün sonunadək 100 ton məhsul toplamaq əzmindəyik.
M. Aslanov daha sonra deyib ki, sentyabrın 17-də dövlətimizin başçısının pambıqçılığın inkişafı məsələləri ilə bağlı Sabirabad rayonunda keçirdiyi müşavirədəki nitqi, qarşıya qoyduğu vəzifələr, pambıq və pambıq məhsulları üçün ayrılan subsidiyalar bir fermer kimi onu daha da ruhlandırıb. “Artıq 2017-ci ildə bu ilkindən iki dəfə çox -100 hektarda pambıq əkməyi planlaşdırmışam. Çalışacağam ki, rəhbərlik etdiyim fermer təsərrüfatı rayonumuzda pambıqçılığın inkişafına öz layiqli töhfəsini versin”,- deyə o əlavə edib.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]