
Zaqatala tütün istehsalı və emalı məntəqəsinə 60 ton yaş tütün daxil olub
Respublikamızın şimal-qərb bölgəsi rayonlarının tütünçülük təsərrüfatlarında bir neçə gündür tütün yığımına başlanılıb. Yığılan yaş tütün qurudulmaq üçün sahələrdən birbaşa “İnter Tobacco” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir.
İlk günlər Zaqatala, Balakən, Qax və Şəki rayonlarının təsərrüfatlarından məntəqəyə 60 ton yaş tütün daxil olub. Yaş tütün qurudulmaq üçün burada quraşdırılan kameralara qoyulur. Hazırda məntəqədə 56 tütünqurutma kamerası var. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edə bilir. Tütünün qurudulması prosesi 6 gün çəkir. Qurudulan tütün preslənərək anbarlara yığılır və daha sonra tütün emalı zavoduna təhvil verilir.
Xatırladaq ki, bu il “İnter Tobacco” MMC tərəfindən Zaqatala rayonunda 500 hektar, Şəkidə 600 hektara yaxın, Qax rayonunda 300 hektar, Balakən rayonunda isə 240 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Bundan əlavə, bu il respublikamızın daha bir neçə rayonunda ilk dəfə olaraq, ümumilikdə, 100 hektar sahədə ətirli tütün əkini həyata keçirilib.
Yaş tütünün satış qiymətinin hər kiloqramına birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyən edilməsi fermerlərin bu sahəyə marağının artmasına səbəb olub.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]