
Yem istehsalında artım var
Arpa biçini ilə yanaşı, bölglərdə yonca biçini də aparılır. Bu il ötən ildən məhsul bolluğuna görə fərqlənir. Otun satış qiyməti isə aşağı düşüb. Sahibkarların fikrincə bu, heyvandarlığın inkişafına müsbət təsir edəcək. Bu il Goranboyda əkinə yararlı 46 min hektar torpağın 15 min hektara yaxın sahəsində yonca, təqribən min hektarında isə yemlik qarğıdalı əkilib. Artıq ilk biçin başa çatıb. Hesablamalara görə, hər hektar yonca sahəsindən 30-40 sentner qaba yem əldə olunub. Bu da yüksək nəticə deməkdir. Buna baxmayaraq, sahibkarların yem istehsalında üzləşdikləri çətinliklər də var.
Mütəxəssislər isə deyirlər ki, yem məqsədilə əkildiyi üçün yonca sahələrində gəmiricilərlə kimyəvi mübarizə işləri qadağan olunub. Hazırda bir ot bağlamasının qiyməti ötən mövsümlə müqayisədə 50-60 qəpik aşağı, yəni 1 manat – 80 qəpik arasında dəyişir.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]