Yaxın vaxtlarda Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yaxın vaxtlarda Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayacaq

Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

“Azərbaycanın digər bölgələrində də sənaye məhəllələrinin yaradılması ilə bağlı qiymətləndirmə və dəyərləndirmə işləri aparılır. Bununla bağlı təkliflər hazırlanaraq ölkə başçısına təqdim olunacaq”, – deyə nazir müavini diqqətə çatdırıb.

Hazırda Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati binanın, ümumi sahəsi 7779 kvadratmetr olan dörd istehsal blokunun və bütün zəruri infrastrukturun tikintisi davam edir. Tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub. Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılmış 10 hektar torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14908 kvadratmetr olan səkkiz istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. İlkin mərhələdə şirkətlər tərəfindən Sənaye Məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir. AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top