
Yaponiya turizm sənayesinin nümayəndələri qonaq olub
Oktyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiya turizm sənayesinin nümayəndələri ilə görüşüb. Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə bu ölkənin “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B” və “JTB BWT” şirkətlərinin nümayəndələri daxildir.
Səfərin təşkil olunmasında məqsəd Yaponiyada Azərbaycanın turizm imkanlarının geniş tanıdılması və təbliğinə nail olmaqdır.
Nazir Əbülfəs Qarayev qonaqlara ölkəmizin turizm imkanları, bu sahədə görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat verib. O elektron viza sisteminin tətbiqinin ölkəmizə gələn turistlərin daha asan viza əldə etməsinə şərait yaratmasından da söhbət açıb. Nazir, Yaponiyanın ölkəmiz üçün mühüm hədəf bazarlarından biri olduğunu bildirib.
Görüşdə həmçinin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər haqqında qonaqlar məlumatlandırılıb, bu sahədə əməkdaşlıq əlaqələri, “Euronews” və “CNN” kimi nüfuzlu kanallarla iş aparıldığı qeyd olunub. Bununla yanaşı, Bakı, o cümlədən də regionların turizm infrastrukturu barədə məlumat verilib və gələcəkdə bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulmasından söhbət açılıb.
Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimura Azərbaycana təşkil olunan səfərə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını söyləyib.
Səfər çərçivəsində hər iki ölkəni təmsil edən turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Tadaşi Şimura tərəfindən “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçiriləcək.
Nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar maraqla qarşılandı – FOTO
Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar qələmlə bağlı olur. Bu barədə “Air New Zealand” heyət […]
-
Şuşaya avtobus reysləri artırılır? – AÇIQLAMA
Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunur. İnsanları özünə cəlb edən […]
-
Hindistanın loukoster aviaşirkəti Dehlidən Bakıya birbaşa uçuşlar açır
Hindistanın “IndiGo” loukoster (aşağı büdcəli) aviaşirkəti avqust ayından Dehli və Bakı arasında birbaşa uçuşlar həyata […]