“WhatsApp” vasitəsilə “Telegram”a mesaj yazmaq funksiyası işə salınır – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“WhatsApp” vasitəsilə “Telegram”a mesaj yazmaq funksiyası işə salınır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” digər tətbiqlərin istifadəçiləri ilə çatları dəstəkləyəcək.

Bu barədə “WABetaInfo” xəbər verib.

Bildirilir ki, mesencerdə xüsusi çat bölməsi olacaq, onun vasitəsilə istifadəçi birbaşa, məsələn, “Telegram” və “Discord”da yaza biləcək.

Mütəxəssislər artıq funksiyanı beta-testerlərin sınaqdan keçirdiklərini və yaxın gələcəkdə ümumi istifadəçilər üçün əlçatan olacağını bildiriblər.

Qeyd edək ki, Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının (DMA) qaydalarına görə, şirkətlər mesencerlərdə digər mesajlaşma xidmətlərinə çıxış təmin etməlidirlər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top