Pivə istehsalçısı və “Nokia”dan yeni telefon – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Pivə istehsalçısı və “Nokia”dan yeni telefon

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illərdə “Nokia” brendi altında cihazlar istehsal edən HDM şirkəti pivə istehsalçısı “Heineken” ilə birlikdə qapaqlı və düyməli telefon təqdim edib.

Yeni məhsul “Boring Phone” (darıxdırıcı telefon) adlanır.

Telefon 320×240 piksel təsvir ölçülü 2,8 düymlük ekran və 1,77 düym diaqonallı xarici displeylə təchiz edilib. “Boring Phone” həmçinin 0,3 meqapiksellik əsas kameraya malikdir.

Digər xüsusiyyətlərə qulaqlıq girişi, 4G dəstəyi və daxili “Snakes” oyunu daxildir.

Yeni məhsul satışa çıxarılmayacaq. O, 5 000 ədəd məhdud sayda istehsal edilərək promosyonlar vasitəsilə paylanacaq.

Mənbə: gazeta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top