Vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halları müşahidə olunur – XƏBƏRDARLIQ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halları müşahidə olunur – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edir.

Bu barədə AZƏRTAC-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hal-hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Aktivləşdirmə prosesinin həyata keçirilməsi bağlı məlumatı “YouTube” səhifəmizə (https://www.youtube.com/watch?v=ThHgQ1xz-eA) keçid edərək öyrənə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top