
Üzüm bitkisinin həm meyvəsi, həm də yarpağı gəlir gətirir
ığımı əsasən qadınlar edir. Mayın ilk günlərindən etibarən xırda, tənək üçün yararsız, insan üçün isə faydalı olan yarpaqların dərimi aparılır. Toplanan cavan yarpaqlar həm yaşıl halda saxlanır, həm də konservləşdirilir.
Qazaxda uzun illər üzümçülüklə məşğul olan Sirac Nuriyev bildirib ki, üzümün meyvəsi ilə yanaşı, yarpağından da yüksək gəlir götürmək mümkündür. Həmçinin satılan yarpaq il boyu üzüm sahəsinə çəkilən xərci də ödəyə bilər. Hazırda kiloqramı 3 manata, bayram vaxtlarında isə 5-7 manata satılan yaşıl yarpaqlar fermerlərə yaxşı qazanc gətirir.
Milli xörəyimiz olan dolmanın hazırlanmasında istifadə edilən yarpağı qadınlar sahələrdən rahat şəkildə toplaya bilirlər. “Yaşıl əməliyyat” adlandırılan proses daha çox üzümün yarpağı bol olan budaqlarında aparılır.
Yerli sakinlər yığım prosesinin may ayının sonunadək davam edəcəyini bildirirlər. Mütəxəssislər əlavə xərc tələb etmədən yetişən üzüm yarpağının satışını etməklə, fermerlərin xərclərin bir qismini rahat şəkildə ödəyə biləcəyini düşünür. Bir sözlə, bölgədə daha çox becərilən bitkinin həm meyvəsi, həm də yarpağı pul gətirir. Qalır ondan səmərəli istifadə etmək.
BƏNZƏR MƏQALƏLƏR
-
İnam Kərimov Sabirabad rayonunda fermerlərlə görüşüb
Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb Əkin sahələrində taxıl […]
-
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Xaçmaz Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur […]
-
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfər edib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər […]