Unibank-da iş elanı
Vakansiya: Katibə-Referent
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər
• Birbaşa və telefonla müraciətlərin qəbulu, uyğun şəkildə istiqamətləndirilməsi;
• Qonaqların qəbulu və onlarla görüşün təşkili;
• Sənədlərlə işləmə: prioritetin müəyyən edilməsi, rəsmiləşdirilməsi,ötürülməsi,qəbulu,saxlanılması və sistemləşdirilməsi;
• Telefon və birbaşa ünsiyyət zamanı lazımi informasıyaların düzgün, aydın çatdırılması;
• Lazımi işgüzar yazışmaların aparılması;
• Rəhbərin inzibati-sərəncamverici fəaliyyətinin təşkili, iş qrafikinin tərtibi və izlənilməsi;
• Birbaşa tabe olduğu Rəhbərin inzibati tapşırıqlarının həyata keçirilməsi;
Namizədin Profili
• Ali təhsil;
• Yüksək səviyyədə azərbaycan,rus,ingilis dili bilikləri;
• MS ofis proqramları ilə işləmə bacarığı;
• İşgüzar etik biliklərə malik olma;
• Məsuliyyətlilik;
• Sərbəst və səlis ünsiyyət qurma bacarığı;
• Yaş həddi 21 -28
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 02-07-2016-ci il tarixinədək Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Katibə-Referent) göstərməyiniz xahiş olunu
BƏNZƏR MƏQALƏLƏR
-
Əmək müqaviləsinin tələb olunduğu hallar
Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı […]
-
Karvan-L-də yeni VAKANSİYA
Vakansiya haqqında daha ətraflı aşağıda qeyd olunub: Satınalma və logistika ilə bağlı gündəlik yazışmaların aparılması […]
-
İşaxtaran şəxslərin NƏZƏRİNƏ: məsləhət xidmətləri göstəriləcək
Məktəblidən tutmuş yetkin yaşına çatmış hər kəsə karyera xidməti barədə məsləhət vermək üçün “Alo Karyera” […]