
Üç ayda “ASAN xidmət”də fəaliyyət göstərən “Azərsu”nun bölmələrinə 4523 müraciət edilib
2016-cı ilin yanvar-mart aylarında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 4523 müraciət edilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, müraciətlərin 797-i qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 813 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 921 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 423 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 762 müraciət isə smart kartlara yükləmələr haqqında məlumatların verilməsi, 807 müraciət isə digər məsələlərlə əlaqədardır.
Ən çox müraciət (1545) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından etibarən başlanılıb. Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhələrindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub.
Ümumilikdə “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 30 mini keçib.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]