
Toxumçuluq və baytarlıq sahəsinə dəstək verildi
Economic.az, agro.gov.az istinadən məlumat verir ki, “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” üzrə qalıq vəsaitin 2016-2017-ci illər üçün bölgüsü üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən təqdim edilmiş təkliflər paketində nəzərdə tutulan fəaliyyətlərin və eyni zamanda vəsaitlərin yenidən bölüşdürülməsi ilə bağlı Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) müzakirələrin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və rəis müavini Zaur Əliyev İtaliyanın Roma şəhərində səfərdə olmuşlar.
Səfər çərçivəsində təşkilatın vitse-prezidenti cənab Mişel Mordasini və Layihənin əlaqələndiril- məsinə cavabdeh mütəxəssislər ilə görüşlər keçirilmişdir. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları və Layihənin Azərbaycanın mövcud ehtiyaclarına və kənd təsərrüfatında siyasətinə cavab verməsi baxımından hazırlanmış təkliflər nəzərdən keçirilmişdir. Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq Layihə çərçivəsində toxumçuluq və baytarlıq sahəsində fəaliyyətin dəstəklənməsi razılaşdırılmışdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]