“TikTok”dan istifadəçiləri kədərləndirəcək daha bir xəbər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
May ayında mahnıların çoxu “TikTok”dan silinəcək.
Bu barədə Milli Musiqi Nəşriyyatları Assosiasiyası (NMPA) xəbərdarlıq edib.
Bildirilir ki, “TikTok”la müqavilə mayın 1-də qüvvədən düşəcək, NMPA yeni lisenziya formalaşdırmaq niyyətində deyil.
Lisenziyanın başa çatması o deməkdir ki, bir çox musiqi trekləri “TikTok”dan yox olacaq.
Qeyd edək ki, NMPA lisenziyasından tanınmış müstəqil sənətçilər də istifadə edirlər.
Bununla belə, sosial şəbəkədən çıxarılacaq musiqilərin miqyası haqqında hələ heç nə məlum deyil.
Təşkilat bildirib ki, yaradıcılar musiqilərini video hostinq üçün lisenziyalaşdırmağı davam etdirmək istəyirlərsə, onlar birbaşa platforma ilə müqavilə bağlamalıdırlar.
Xatırladaq ki, bundan əvvəl dünyanın ən böyük musiqi nəşriyyatına sahib “Universal Music Group” şirkətinin Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd”, Dreyk və s. treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxartdığı barədə xəbər vermişdik.
Mənbə: Billboard
BƏNZƏR MƏQALƏLƏR
-
İnsanların süni intellektli köməkçiləri: Rəqəmsal klonlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz İnsanlar bütün işlərini onların əvəzinə görməsi üçün özlərinin […]
-
Yenilənmiş insanabənzər robot təqdim olundu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının […]
-
Pivə istehsalçısı və “Nokia”dan yeni telefon
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Son illərdə “Nokia” brendi altında cihazlar istehsal edən […]