
TBC-də yeni iş elanı
TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit BOKT MMC Məhkəmə qərarı olan girovsuz kreditlərin icra edilməsini təmin etmək üçün mülki-hüquqi müqavilə əsasında (VÖEN) işləyə biləcək şəxsləri (kollektorı) dəvət edir.
Tələblər:
• Ali təhsil (hüquq sahəsində ali təhsil arzuolunandır)
• Məhkəmə İcra orqanları ilə əməkdaşlıq üzrə ən azı 1 il iş təcrübəsi (hüquq mühafizə orqanlarında iş təcrübəsi arzuolunandır)
• Yaxşı ünsiyyət və rabitə bacarığı
Əsas öhdəliklər:
• Məhkəmə qərarı olan girovsuz kreditlərin icra edilməsini təmin etmək
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 15 may 2016-cı il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kollektor). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Əmək müqaviləsinin tələb olunduğu hallar
Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı […]
-
Karvan-L-də yeni VAKANSİYA
Vakansiya haqqında daha ətraflı aşağıda qeyd olunub: Satınalma və logistika ilə bağlı gündəlik yazışmaların aparılması […]
-
İşaxtaran şəxslərin NƏZƏRİNƏ: məsləhət xidmətləri göstəriləcək
Məktəblidən tutmuş yetkin yaşına çatmış hər kəsə karyera xidməti barədə məsləhət vermək üçün “Alo Karyera” […]