Sumqayıtın yol infrastrukturu yenidən qurulur
Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtda yol infrastrukturu yenidən qurulur. Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə polimer asfalt örtüyü vurulur.
Son zamanlar Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Dövlət başçısının regionlarin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində şəhərdə kompleks yenidənqurma işləri aparılır. Dövlət başçısının sərəncamı ilə bu yaxınlarda dövlət büdcəsindən ayrılan vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunda yenidənqurma işlərinin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Əraziyə xeyli texnika cəlb olunub. Burada əvvəllər mövcud omayan səkilər də tikilib, qranit bardürlər düzülüb, suötürücü küvetlər quraşdırılb, yolun hər iki tərəfində yaşıllıq salınb, ağac və gül kolları əkilib, avtomat suvarma sistemi qurulub, müasir işıq dirəkləri quraşdırılıb. Küçə boyu tikilən istinad divarlarında müasirlik və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Sülh küçəsinə şəhərdə ilk dəfə olaraq 10 sm qalınlığında polimer asfalt örtüyü vurulur. Alman texnologiyası əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyəti, elastikliyi və uzun müddət davamlı olmasıdır. Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.
Sülh küçəsində yenidənqurma işləri iyunun sonunadək yekunlaşacaq. Sumqayıt Şəhər İcra Hakimiyyətində hazrılanan xüsusi proqram çərçivəsində mikrorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunur. Hazırda 9-cu mikrorayon ərazisindəki bütün yaşayış binalarının həyətləri asfaltlanır.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]