Sumqayıtın əsas giriş yolu müasir görkəmdə – FOTOLAR
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri xüsusən də vətəndaşların və nəqliyyat vasitələrinin rahat, maneəsiz, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərin əsas giriş yolunun genişləndirilməsi ilə bağlı olmuşdu.
Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi işləri yekunlaşmaq üzrədir. Şəhər haqqında müsafirlərdə ilk təəssürat formalaşdıran bu yol altı zolaqlı olacaq. Yolun genişləndirilməsi ilə paralel olaraq Sülh küçəsinin abadlaşdırılması ilə bağlı verilmiş tapşırıq uğurla həyata keçirilir. Yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının tikilməsi, modern işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri həyata keçirilir.
Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə polimer asfalt örtüyü vurulur.
Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.
Sülh küçəsində mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində həmin örtük 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də həyata keçirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]