
Sumqayıtda yeni park salınır
Sumqayıt şəhərində geniş abadlıq-quruculuq işləri aparılır.
Economic, xeberle.com saytına istinadən xəbər verir ki, bu işlər yalnız şəhərdə deyil, Sumqayıtın qəsəbələrində də geniş vüsət alıb.
Belə ki, 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsinə başlanılıb və bu proses hazırda uğurla icra olunur. Yolun Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahətinin təşkil edilməsi məqsədilə işlər də həyata keçirilir. Belə ki, əvvəllər baxımsız vəziyyətdə olan ərazidə müasir landşaft həlli olan park salınır. Abadlaşdırılan sahədə tamet döşəmə salınır, çəmən, dekorativ ağac və kollar əkiləcək. Xüsusi işıqlandırma sisteminin və oturacaqların da quraşdırılacağı parkda uşaqlar üçün atraksionlar da olacaq.
Bir sözlə parkda Corat qəsəbəsinin sakinlərinin istirahəti və uşaqların əylənməsi üçün hər cür imkan yaradılacaq.
Yeni istirahət guşəsinin yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]